Trampdan iğtişaşlarla əlaqədar üç müşavirini istefaya göndərmək xahiş olunub
16.08.2017 540 0.0 0

Nümayəndələr Palatasındakı milli azlıqlar qruplarının rəhbərləri ABŞ prezidenti Donald Trampa ünvanladıqları  məktubda Ağ Evdəki üç köməkçisi – Stiv Bennon, Stiven Müller və Sebastyan Qorkunu  istefaya göndərməyi xahiş ediblər.   

 

“Associated Press”ə istinadən verilən xəbərə görə, qaradərili, Latın Amerikası və Asiya ölkələrindən olan milli azlıqların rəhbərləri Şarlottsvill şəhərindəki (Virciniya ştatı ) iğtişaşlardan sonra administrasiyadakı məmurları vəzifəsindən azad etməyə çağırıblar. Məktubda qeyd olunur ki,  qeyd olunan məmurların Ağ Evdə mövcudluğu “ağdərililərin digərlərin üzərində üstünlüyünü gücləndirir”.   

 

“Bu qeyri-sabit dövrdə amerikalılar hamımızı birləşdirəcək və aramızda nifaq salmağa çalışanları qınayacaq bir liderə layiqdirlər”, - deyə məktubda qeyd olunur.  /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar