ABŞ-da bir qrup senator rəsmən həmkarlarının yeni qanun layihəsini nəzərdən keçirməsini təşkil etmək niyyətindədir.
TASS-a istinadən xəbər verilir ki, yeni qanun layihəsi ABŞ prezidenti Donald Trampa yalnız Konqresin icazəsi olduğu təqdirdə Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq hüququ verilməsini nəzərdə tutur.
CNN telekanalının məzmunu ilə tanış olduğu qanun layihəsi "Rusiya ilə münasibətlərin qiymətləndirilməsi Aktı" adlanır və D.Trampın keçmiş prezident Barak Obamanın fərmanları ilə Moskvaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirləri yumşaltmaq qərarına gələcəyi hal üçün nəzərdə tutulub.
Respublikaçı Lindsi Qram və demokrat Ben Kardin tərəfindən hazırlanan qanun layihəsinin bu gün rəsmən nəzərdən keçirilməsi üçün təqdim ediləcəyi gözlənilir.
Sənəd Ağ Evdən nə üçün sanksiyaları ləğv etmək istəməsinin izahını, eləcə də Konqresin belə addımın əleyhinə səs verə biləcəyi 120 günlük müddət müəyyənləşdirməyi tələb edəcək./Report/