Trampa Rusiya bayrağı atan etirazçı: `Satqın Tramp!`
25.10.2017 804 0
ABŞ prezidenti Donald Trampa Konqresin binasında Rusiya bayraqları atılıb. APA TV xəbər verir ki, həmin vaxt prezident hakim "Respublikaçılar" partiyasının Senatdakı rəhbəri Mitç Makkonnellə nahara gedirmiş.
Bu vaxt jurnalistlərin arasında olan bir etirazçı ona qarşı "satqın Tramp" şüarlarını da səsləndirib. Rayan Kleyton adlı şəxs sonradan polisin müdaxiləsilə saxlanılıb. R.Kleyton fevral ayında D.Trampın iştirak etdiyi bir konfransda da oxşar təxribat hazırlamışdı.
Məlumata görə, ölkəsinin rəhbərinə Rusiya bayraqları atan şəxs hüquq-mühafizə orqanları tərəfindən dindirilib və ona ittiham irəli sürülüb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər