Tramp: «Yanvardan etibarən BMT ilə bağlı dəyişikliklər olacaq»
24.12.2016 783 0
Yanvardan etibarən BMT ilə bağlı dəyişikliklər olacaq.
Məlumata görə, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün “Tvitter” hesabında yazıb.
“O ki qaldı BMT-yə, yanvarın 20-dən etibarən dəyişikliklər olacaq”, D.Tramp yazıb.
Bu gün BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib, ABŞ isə bitərəf qalıb. D.Tramp BMT TŞ-nın iclasından əvvəl ABŞ tərəfindən qətnaməyə veto qoyulmasına çağırıb.
Qeyd edək ki, Donald Trampın inauqurasiya mərasimi gələn ilin yanvarın 20-də baş tutacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər