Tramp və Ərdoğan Qətər böhranını müzakirə edəcək
13.06.2017 655 0.0 0

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutacaq.

Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın Qətər böhranını müzakirə edəcəyi gözlənilir.

M.Çavuşoğlu telefon danışığının dəqiq tarixinin müəyyənləşdirilmədiyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar