ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Məlumata görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Prezident Tramp bu gün Almaniya kansleri Angela Merkel ilə G-20 sammitinin gündəliyini müzakirə edib. Söhbət zamanı tərəflər həmçinin iqlim məsələlərinə toxunublar”, məlumatda deyilir.
G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.
Qeyd edək ki, bu ilin iyununda ABŞ İqlimə dair Paris sazişindən çıxıb. D.Trampın qənaətinə görə sənəd ABŞ iqtisadiyyatı üçün ziyanlıdır. 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir./apa/