Tramp üçün ölüm təhlükəsi: Təyyarəsi partlaya bilərdi
12.05.2017 1027 0.0 0

ABŞ prezidentinin daşınması üçün nəzərdə tutulmuş “Boeing 747-200B” təyyarəsi mexaniklərin səhlənkarlığına görə qəza vəziyyətinə düşə bilərdi.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, bu haqda araşdırmanın nəticələrini CNN telekanalı yayıb.

Bildirilir ki, problem keyfiyyətsiz texniki xidmətdən sonra yaranıb. Təyyarəyə texniki xidmət Texas ştatında yerləşən “Boeing” zavodunda 2016-cı il 1-10 aprel tarixlərində göstərilmişdi.

İstintaq müəyyən edib ki, “Boeing 747-200B” təyyarəsinin oksigen sisteminin yoxlanılması vaxtı lazım olmayan alətlərdən istifadə olunub və nəticədə çirklənmə yaranıb.

Nasazlıq uçuş zamanı yanğın və ya partlayışa gətirib çıxara bilərdi. Telekanal qeyd edir ki, yol verilmiş səhlənkarlığın nəticələrinin aradan qaldırılmasının dəyəri təxminən 4 milyon dollar qiymətləndirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar