Tramp terrorçularla mübarizəyə dair qanun imzalayıb
28.01.2017 947 0
ABŞ prezidenti Donald Tramp miqrantların ölkəyə daxil olması qaydalarını sərtləşdirən qanun imzalayıb.
“Gazeta.ru”-ya istinadən verilən xəbərə görə, qanun terrorçuların ABŞ-a daxil olmasının qarşısının alınmasına kömək edəcək.
“Mən terrorçuların ABŞ-a daxil olmasının qarşını almaq məqsədi ilə yeni qanun imzaladım. Biz istəyirik ki, ölkəmizə gələnlər qanunlarımıza və xalqımıza hörmətlə yanaşsın”, deyə D.Tramp bildirib.
Qeyd edək ki, bu D.Trampın həftə ərzində immiqrasiya siyasətinin sərtləşdirilməsinə yönələn sayca üçüncü fərmanıdır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər