Tramp Tayvan `prezidenti` ilə danışmaqdan imtina edib
28.04.2017 976 0.0 0

ABŞ prezidenti Donald Tramp Tayvan “prezidenti” Tsay İnvenlə telefon danışığından imtina etdiyini bildirib. O, bu qərarını rəsmi Pekinlə münasibətlərdə problemin yaranmasını istəməməsi ilə əlaqələndirib.  Məlumata görə, D.Tramp bunu “Reuters”ə müsahibəsində bildirib.

 

“Problem ondadır ki, mən Çin prezidenti Si Tsinpinlə çox yaxşı şəxsi münasibət qurmuşam. Mən həqiqətən düşünürəm ki, o böyük problemin həllində bizə kömək etmək üçün əlindən gələni edir”, - deyə Tramp bildirib.    

 

Qeyd edək ki, ötən ilin dekabrında Tramp  və Tsay İnven arasında telefon danışığı olub. Bu ABŞ və Tayvan rəhbərləri arasında son 40 ildə ilk danışıq olub. Tayvanı Çinin tərkib hissəsi hesab edən rəsmi Pekin buna sərt reaksiya verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar