Tramp şəxsi həkimini nazir təyin etdi
29.03.2018 682 0.0 0

ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəyişikliklər barədə məlumat verib.

Məlumata görə, Tramp öz şəxsi həkimi admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə təklif edib.

Ronni Cekson bu vəzifədə Devid Şulkini əvəzləyəcək.

ABŞ prezidenti "Twitter" hesabında yazıb: "Mən bildirməyə şadam ki, tibb elmləri doktoru hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm. Hələlik nazir vəzifəsini icra edən müdafiə nazirliyindən möhtərəm Robert Uilki olacaq. Mən doktor Devid Şulkinə ölkəmizə böyük veteranlarımıza xidmətinə görə minnətdaram".

Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar