ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaları təsdiqləyib. APA TV-nin məlumatına görə, Donald Tramp İtaliya prezidenti və bu ölkənin baş naziri ilə keçirdiyi görüşlərdə Transatlantik Birliyinin Rusiyaya qarşı nəzərdə tutulan qadağalara etiraz etmədiyini bildirib.
Ağ Evin mətbuat xidmətindən bildirilib ki, sanksiyalar Krım və Ukraynanın şərqində baş verənlərə görə tətbiq ediləcək.
"Rusiyanı Minsk razılaşmalarına əməl etməyə məcbur etmək lazımdır", - deyə açıqlamada qeyd edilir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Konqresində Rusiya və İrana qarşı Bəşər Əsədə maliyyə və hərbi dəstək göstərdiklərinə görə yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Layihə imzalanmaq üçün prezidentə göndərilib.
Bu arada ABŞ Maliyyə Nazirliyindən İrana "Boeing" və "Airbus" təyyarələrinin satışına icazə verəcək lisenziyalar nəzərdən keçirilir.
İranla nüvə razılaşmasından sonra adı çəkilən ölkə ABŞ şirkətlərindən 16,6 milyard dəyərində 80 ədəd "Boeing", 18 milyard dollar dəyərində isə 100 "Airbus" anlaşma əldə edib.