Tramp Rusiyanın ünvanına ittihamlar səsləndirib
18.01.2018 716 0
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyaları “keçirmək” üçün yardım edir.
Bildirək ki, bu barədə "Qazeta.ru" "Reuters"ə istinadən xəbər verir.
“Rusiya bizə Şimali Koreya ilə bağlı heç kömək etmir. Bizə Çin kömək edir, lakin Rusiyanın etdikləri Çinin əməllərini heçə endirir”, - deyə Tramp bildirib.
Qeyd edək ki, “Reuters” bir müddət əvvəl Rusiyaya məxsus tankerlərin beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildirib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər