Tramp: Rusiya ilə heç bir sövdələşmə olmayıb
17.02.2018 779 0.0 0

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun seçki qərargahının üzvləri yanlış hərəkətlərə yol verməyiblər və Moskva ilə hər hansı bir "razılaşma" olmayıb.

Məlumata görə, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"Rusiya antiamerika kampaniyasına 2014-cü ildə başlayıb və mən prezidentliyə namizədliyimi bundan xeyli əvvəl elan etmişəm. Seçkilərin nəticələrinə təsir olmayıb. Trampın kampaniyası heç bir yanlış iş görməyib. Sövdələşmə olmayıb", - Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ xüsusi prokuroru Robert Müller "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar