Tramp qaçqınların qəbulu üçün kvotalar haqqında sənədi imzalayıb
30.09.2017 550 0.0 0

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə qaçqın qəbulu kvotasını ifadə edən memorandum imzalayıb.

Məlumata görə, sənəd Ağ evin saytında dərc olunub.

Sənəddə bildirilir ki, ABŞ humanitar problemlər, həmçinin milli maraqlar ilə əlaqədar 45 minədək qaçqın qəbul edəcək.

Qeyd olunur ki, ölkə 19 min qaçqın Afrikadan, 5 min Şərqi Asiyadan, 2 min Avropa və Mərkəzi Asiyadan qəbul edəcək. Qalan qaçqınlar Latın Amerikası və Yaxın Şərqdən qəbul olunacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar