Tramp-Putin görüşü baş tutmadı
10.11.2017 884 0
ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, şam yeməyi zamanı Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.
Bundan əvvəl fotoşəkil çəkilişi zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb. Bundan əvvəl liderlər arasında görüş iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu. Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər