Tramp Pakistanı əfqan terrorçulara sığınacaq verməkdə ittiham edib
01.01.2018 693 0.0 0

ABŞ prezidenti Donald Tramp Pakistanı Əfqanıstandan olan silahlıları gizlətməkdə ittiham edib.

 

"RİA Novosti" agentliyinə istinadən verilən məlumata görə, D. Tramp bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində bəyan edib.

 

L. Tramp yazıb ki, ABŞ Pakistana maliyyə yardımı göndərsə də, Pakistan terrorizmlə mübarizəyə kömək etmir, Əfqanıstandan olan silahlıları gizlədir: "ABŞ son 15 ildə Pakistana 33 milyard dollar yardım göstərməklə inamını ifadə edib. Amma onlar bizə ancaq yalan danışıb, dələduzluq ediblər. Fikirləşiblər ki, bizim liderlər axmaqdırlar. Bizim Əfqanıstanda axtardığımız terrorçulara onlar sığınacaq verir. demək olar ki, bizə köməklik etmirlər. Artıq bəsdir! ".

 

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirmişdi ki, Pakistan ərazisinə sığınan terrorçularla mübarizə aparmazsa, çox şey itirəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar