Tramp müharibəyə hazırlaşır? - Putin yenə FAKT QARŞISINDA
14.02.2017 1282 0.0 0

Suriya hökuməti Hələb uğrunda döyüşün son aylarında kimyəvi silahdan istifadə edib.

Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, bu haqda “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatında deyilir.

Xüsusi halda, 2016-cı il 17 noyabr-13 dekabr tarixlərində hüquq müdafiəçiləri kimyəvi silahdan istifadə üzrə ən azı səkkiz hadisəni qeyd ediblər. Hesabata görə, rejim güclərinə aid vertolyotları Hələbdə yaşayış sahələrinə xlor atırdılar. Kimyəvi maddələrin tətbiqi nəticəsində ən azı 9 dinc sakini həlak olub, 200-dən çoxu zəhərlənib və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Təşkilatın məlumatına görə, kimyəvi silah hökumət güclərinin hücum əməliyyatları planlaşdırdığı ərazilərdə tətbiq edilirdi.

Amma hüquq müdafiəçilərində kimyəvi maddələrin tətbiqində Rusiyanın bilavasitə iştirakını sübut edən faktlar yoxdur. Eyni zamanda onlar hesab edirlər ki, Rusiya tərəfi kimyəvi silahdan istifadənin qarşısını almaq üçün tədbir görməli idi.

Xatirladaq ki, 2013-cü ildə rejim güclərinin Dəməşq yaxınlığında kimyəvi silah tətbiq etməsi nəticəsində ən azı 1400 adam ölüb. Həmin vaxt ABŞ Suriyaya müdaxiləyə hazırlaşırdı. Lakin Rusiya prezidenti Vladimir Putin kimyəvi silahların məhvi barədə razılaşma ilə ABŞ-ın Suriyaya müdaxiləsinin qarşısını aldı və Əsədin xilaskarı olmaqla ölkədə əsas oyunçu olmaq istiqamətində böyük addım atdı.

Donald Trampın prezident seçilməsindən sonra Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə dair xəbərlərin gündəmə gəlməsi diqqət çəkir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar