Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq
28.02.2017 643 0
ABŞ-ın yeni büdcəsinin tərtibində prezident Donald Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq.
Məlumata görə, bu barədə Reuters agentliyi xəbər verib.
“Biz az xərcləyərək daha çox iş görmək niyyətindəyik, biz bu ölkəni möhkəmləndirəcəyik”, deyə D.Tramp bildirib.
O, həmçinin ABŞ-da infrastrukturun müasirləşdirilməsi istiqamətində xərcləri artırmaq, prioriteti az olan layihələrə isə maliyyə vəsaitlərini azaltmaq barədə vəd verib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər