Tramp milli təhlükəsizlik üzrə müşavirini istefaya göndərib
23.03.2018 727 0.0 0

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Qerbert Makmasteri istefaya göndərib.

 

RİA Novosti”yə istinadən verilən xəbərə görə, onun yerinə bu vəzifəyə ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Con Bolton təyin edilib.  

 

“New York Times”-ın məlumatına görə, Qerbert Makmaster öz istefasını bir neçə həftə ərzində D.Trampla  müzakirə edib. 

D.Tramp Q.Makmasterin “İŞİD-in darmadağın olunmasında, KXDR-in danışıqlar masasına cəlb etməkdə və ölkənin  rifahının yaxşılaşdırılmasında”  rolunu yüksək qiymətləndirib.  

 

Məlumata görə, qərar D.Tramp və Q.Makmaster tərəfindən qarşılıqlı razılıq əsasında verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar