Tramp Məxfi Xidmətin başçısını işdən azad edib
15.02.2017 835 0.0 0

 ABŞ-ın Məxfi Xidmətinin başçısı Cozef Klensi bu il martın 8-də tutduğu vəzifəni tərk edəcək.

“ABC” telekanalına istinadən xəbər verilir ki, ölkə prezidenti Donald Tramp onun tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb.

İnformasiyaya əsasən, buna səbəblərdən biri kimi insanların qanunsuz olaraq, Ağ evin ərazisinə daxil olması göstərilir.

Məlumata görə, son illər Məxfi Xidmət ciddi tənqidlərə məruz qalıb.

Xəbərdə bildirilib ki, qurumun agentlərinin xaricdə, o cümlədən ABŞ prezidentinin başqa dövlətlərə səfəri zamanı yaratdıqları qalmaqallar da xidmətin tənqid olması səbəblərindən biri sayılır.

Xatırladaq ki, Cozef Klensidən əvvəl Culiya Pirson Ağ evin bir neçə zalına əli bıçaqlı bir kişinin icazəsiz daxil olması səbəbindən uzaqlaşdırılmışdı./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar