ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreyadan daha çox vətəndaşlar qaçır.
Məlumata görə, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Bu gün bizə xüsusi insan qrupu var. Onlar Şimali Koreya fərariləridir. Onlar son illər ərzində çox idilər, və deyəsən, daha da çoxalırlar. Ora həyat üçün sərt yerdir və bu, insanların xoşuna gəlmir. Böyük təhlükə, böyük risklər var", - deyə o, mühacirlərlə görüşündə deyib.
Miqrantlardan biri bildirib ki, o, Şimali Koreya universitetlərindən birinin professoru olub. Həmin şəxs KXDR-i 2009-cu ildə tərk edib. Onun ailəsini siyasi məhbuslar həbsxanasına salmaq istəyiblər. Professorun sözlərinə görə, KXDR-də onların beyinlərini "yuyublar". Və o, Cənubi Koreyaya gələndə özü üçün belə həyatı təsəvvür edə bilməyib.
Qeyd edək ki, Tramp Koreya Xalq Demokratik Respublikasından olan bir neçə mühaciri Ağ Evin Oval kabinetində qəbul edib./Report/