Tramp Kubaya qarşı sanksiyaların müddətini uzatdı
09.09.2017 599 0.0 0

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı sanksiyaların müddətini bir il müddətinə uzadıb.

Məlumata görə, bu sanksiyaların müddəti bu il sentyabrın 14-də başa çatmalı idi.

D.Trampın qəbul etdiyi qərara əsasən, müddət 2018-ci il sentyabrın 24-dək uzadılıb.

Eyni zamanda ABŞ prezidenti sanksiyaların yumşaldılması ilə bağlı qərar vermək səlahiyyətini özündə saxlayıb. O, sanksiyaların müddətinin uzadılmasının ABŞ-ın maraqlarına uyğun olduğunu bəyan edib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar