ABŞ prezidenti Donald Tramp bu gün iqlim üzrə Paris razılaşmasına dair qərarını açıqlayacaq.
Məlumata görə, bu barədə dövlət başçısı özünün “Tvitter” səhifəsində yazıb.
“İqlim üzrə qərarı cümə axşamı, saat 15:00-da bəyan edəcəm”, D.Tramp yazıb.
Qeyd edək ki, məlumatlı mənbələr D.Trampın iqlim üzrə Paris razılaşmasından çıxmasına dair qərar qəbul etdiyini və yaxın çevrəsini bu barədə məlumatlandırdığını bildirib.
Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin 21-ci konfransında qəbul olunub. Razılaşma 2016-cı il, noyabrın 4-dən qüvvəyə minib. Fəaliyyət planını imzalayan dövlətlər əldə olunacaq irəliləyişi qiymətləndirmək üçün 2017-ci ildə yeni görüş keçirməlidirlər./APA/