Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
18.01.2017 993 0
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, onun inauqurasiyasını boykot etməyə qərar verənlər biletləri qaytarmalıdır.
Trend-in məlumatına görə, D.Tramp "Fox News" telekanalına müsahibəsində bildirib: "İnauqurasiyaya gəlməyəcək şəxslərlə bağlı məsələ normaldır, çünki bizə biletlər çox lazımdır. Ümid edirəm ki, onlar bizə biletlərimizi qaytaracaqlar".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan 30-dan çox üzvü yanvarın 20-də D.Trampın andiçmə mərasimini boykot etmək planlarının olduğunu açıqlayıblar.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər