Tramp impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb
02.10.2019 464 0
ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.
"Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya-red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi-red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir", - deyə o özünün "Twitter"dəki səhifəsində yazıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər