Tramp İranla nüvə sazişini ləğv etmək niyyətindədir
06.10.2017 604 0.0 0

ABŞ prezidenti Donald Tramp gələn həftə İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatla çıxış edəcək. RT-yə istinadən verilən xəbərə görə, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

 

Məlumata görə, ABŞ prezidenti sazişin Amerikanın milli maraqlarına cavab vermədiyini hesab edir.

 

Nəşr qeyd edir ki, D.Tramp oktyabrın 12-də səsləndirəcəyi bəyanatda  “terrorizmdə və bütün Yaxın Şərqdə sabitliyin pozulmasında təqsirli olan ölkə”yə qarşı mübarizə strategiyasını açıqlayacaq.  

 

Bu cür tədbirlərin nüvə sazişi ilə əlaqədar İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə biləcəyi qeyd olunur./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar