Tramp Hindistan və Pakistanın liderlərinə öz vasitəçiliyini təklif edib
26.09.2019 463 0
ABŞ prezidenti Donald Tramp bildirib ki, BMT Baş Assambleyasında Hindistan və Pakistan liderlərinə Kəşmir məsələsi ətrafında gərginliyin nizama salınmasında vasitəçiliyini təklif edib.
Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.
Tramp qeyd edib ki, Nyu-Yorkda Pakistan və Hindistan liderləri ilə ikitərəfli danışıqlar keçirib.
"Biz Kəşmiri müzakirə etdik. Mən öz vasitəçiliyimi təklif etdim. Bu, iki nüvə dövlətidir, onlar həmin məsələni həll etməlidir", - deyə Aö Ev rəhbəri mətbuat konfransında bildirib.
ABŞ lideri vəziyyətin yaxşılaşacağına ümidini ifadə edib./Reprt/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər