Tramp: Dolların məzənnəsi şişirdilib
17.01.2017 799 0.0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. Məlumata görə, prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.

 

"Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır", - deyə yeni seçilmiş prezident qeyd edib.

 

Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

 

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.

 

İngilis funtu isə bun gün sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.

 

Baş nazir deyib ki, "Brexit"lə bağlı yekun prosedur parlamentin razılığını alacaq. Bununla yanaşı, T. Mey qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqının (Aİ) əsas tərəfdaşı olmaq niyyətindədir. Xanım siyasətçi əlavə edib ki, krallıq Aİ-nin Gömrük Şurası ilə yeni sazişin imzalanmasında maraqlıdır./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar