Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
19.07.2019 473 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı sanksiya tətbiq olunması məsələsini yenə də nəzərdən keçirir, lakin hələ qərar qəbul olunmayıb.

RİA "Novosti"yə istinadən xəbər veriir ki, o bunu cümə axşamı jurnalistlərə açıqlamasında deyib.

"Biz bunu (Türkiyəyə qarşı sanksiyaları - red.) nəzərdən keçiririk", - deyə Tramp söyləyib və bu barədə qərarın olmadığını əlavə edib.

Bir müddət əvvəl analoji suala cavab verən ABŞ prezidenti ölkəsinin hazırda sanksiyaların nəzərdən keçirilmədiyini bildirmişdi./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar