Tramp: ABŞ Paris sazişindən çıxdı
02.06.2017 826 0
ABŞ prezidenti Donald Tramp ölkənin iqlim üzrə Paris Sazişindən çıxdığını elan edib.
"ABŞ iqlim üzrə Paris Sazişindən çıxacaq", - deyə Donald Tramp bildirib.
Qeyd edək ki, ötən həftə sonu “Böyük yeddilik” ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.
D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər