Tramp ABŞ-ın Rusiyadakı səfiri ilə görüşəcək
06.10.2017 621 0
Bu gün ABŞ prezidenti Donald Tramp və Amerikanın Rusiyadakı səfiri Con Hanstman arasında görüş keçiriləcək. “Gazeta.ru”ya istinadən verilən xəbərə görə, yerli vaxtla saat 15.00 (Bakı vaxtı ilə 23.00-da) Oval kabinetdə başlayacaq görüş qapalı olacaq.
Ağ Ev müzakirə ediləcək məsələləri açıqlamır.
Qeyd edək ki, Con Hanstman bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Amerikalı diplomat etimadnaməsini V.Putinə təqdim edib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər