Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib
13.10.2017 659 0
Prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib
Məlumata görə, Vaşinqtonda çıxış edən D.Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.
ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Qeyd edək ki, ABŞ prezidentinin çıxışından bir neçə dəqiqə əvvəl ölkənin Maliyyə nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər