Tramp: `ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq`
17.10.2017 649 0
ABŞ prezidenti Donald Tramp ölkəsinin rəsmi Bağdadla İraqın kürd muxtariyyəti arasında yaranan münaqişədə tərəf tutmayacağını açıqlayıb.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə Tramp keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişənin mövcud olma faktı ABŞ-ın xoşuna gəlmir.
Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi bazar ertəsi Kərkük vilayətinə hökumət qoşunlarının yeridilməsi barədə əməliyyatın başlanılmasını elan edib. Kürd muxtariyyətinin hərbi birləşmələri şəhəri İŞİD terrorçularından aldıqdan sonra onu öz nəzarəti altında saxlayıb. Mübahisəli ərazi üstündə münaqişə kürd muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirməsindən sonra kəskinləşib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər