Tramp 350 milyon barel strateji neft ehtiyatını satışa çıxarmağa hazırlaşır
30.05.2017 678 0.0 0

Donald Tramp ABŞ-ın strateji neft ehtiyatlarının tam yarısını satışa çıxarmaq niyyətindədir.

 

APA TV-nin “Foreign Polisy” nəşrinə istinadən yaydığı məlumata görə, bu barədə Ağ Evin yayımladığı büdcə sənədində bildirilir. Sənəddə qeyd olunur ki, daxili hasilatın artması vəziyyəti dəyişib və ölkə üçün daha az ehtiyat saxlamaq da kifayət edəcək.

 

ABŞ-ın 700 milyon barel strateji neft ehtiyatının tam yarısını satacağı hələ dəqiq deyil, çünki Konqres ehtiyatların yalnız 150 milyon bareli satmağa razılıq verib. Ağ Ev strateji neft ehtiyatlarının satışından yaxın 10 ildə 16 milyard dollar gəlir əldə etmək niyyətindədir. Neftin satışı ABŞ-a sərf edəcək, çünki ehtiyatlar üçün neft 29,7 dollardan satın alınıb, indi isə bu nefti 50 dollara satmaq mümkündür. Beynəlxalq Enerji Agentliyinin qaydalarına görə, ölkədə neft ehtiyatlarının həcmi 90 günlük tələbata kifayət etməlidir, ABŞ-da isə bu rəqəm artıq 149 gün təşkil edir.

 

ABŞ-ın strateji neft ehtiyatlarını satışa çıxarmaq niyyəti dünya bazarında neftin qiymətinə neqativ təsir göstərəcək. Bu, bazara hər gün orta hesabla 100 min barel əlavə neft çıxarılması deməkdir. Situasiyanın dəyişməsi OPEK-in hasilatı azaltmaq barədə razılaşmasının əhəmiyyətini aşağı salır, çünki hasilatın azaldılması bazarda qıtlıq yaratmağa və bununla da qiymətləri bahalaşdırmağa hesablanıb. ABŞ-ın atdığı addımlar isə həm bazarda balansı pozacaq, həm də qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar