TQDK orta məktəblərdə yoxlamalara başladı
14.04.2015 651 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 15, 16, 17, 20 və 21 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək. 


Qazeta.info TQDK-ya istinadla bildirir ki,İmtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə keçirilir. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən 1 saatdır. Prosesdə 23336 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş Respublikanın 22 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) məktəblərində keçirilir.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar