TQDK həbsxanalarda imtahan keçirdi
09.06.2015 676 0.0 0

Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirilib

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada ilk buraxılış imtahanları keçirib. 
Qazeta.info TQDK-ya istinadla bildirir ki, Həmin gün eyni zamanda Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində də buraxılış imtahanları keçirilib. 

Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər ) ümumi qaydada imtahan vermişlər. 

Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fənndən “4” və “5” qiyməti alıblar.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar