TQDK Elnur Nağızadə ilə bağlı iddialara cavab verdi
03.02.2016 586 0.0 0

"Hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır” 
 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Komissiyanın keçmiş mətbuat katibi Elnur Nağızadənin 150 min dollarlıq dələduzluqda ittiham olunması ilə bağlı ittihamlara münasibət bildirib. Qazetainfo bildirir ki, Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mətbuat xidmətinin keçmiş əməkdaşı Elnur Nağızadə noyabr ayında əmək məzuniyyətinə çıxması və məzuniyyətdən sonra ailə vəziyyəti ilə əlaqədar işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edib: “Bununla əlaqədar  noyabr-dekabr aylarında növbəti əmək məzuniyyətində olub və məzuniyyətdən qayıtdıqdan sonra  dekabr ayının ortalarında işdən azad olunub.  

Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar