Toyda kütləvi dava baş verib, iki nəfər bıçaqlanıb
03.10.2016 624 0.0 0

Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb.

 

Məlumata görə, hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib.

 

Kütləvi dava zamanı iki nəfər bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar