Torpaq uçqunu baş verdi - iki nəfər dünyasını dəyişdi
23.11.2015 498 0
Tovuz rayonunda quyu qazan iki nəfər torpaq uçqunun altında qalıb. Məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kənddə olan ticarət mərkəzinin arxasına ayaqyolu quyusunun yaxınlığında alternativ bir quyu qazmaq istəyən rayonun Aşağı Quşçu kənd sakini, 1957-ci il təvəllüdlü Zaman Musayev və 1966-cı il təvəllüdlü Azad Mürşüdov torpaq uçqunu altında qalaraq ölüblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər