Torpağın qiyməti bahalaşır (VİDEO)
07.05.2015 759 0.0 0

Daşınmaz əmlak bazarında torpaq bahalaşır.

ANS TV-nin məlumatına görə, bahalaşma son bir ay ərzində 2-3 % qeydə alınıb. Hazırda orta hesabla paytaxtda 1 sot torpaq 16 min dollaradır. Vətəndaşlar isə pulu dəyərləndirməyin ən sərfəli yolunun torpağa qoyulan yatırım olduğunu düşünürlər. 

Paytaxt sakinlərinin fikrincə torpaq alıb üzərində istənilən ev və ya obyekt tikmək mümkündür. Çünki, indiki zamanda hazır mənzil almaq əlçatmazdır. Amma torpaqda istədiyin dizaynda ev tikmək mümkündür. Bazardakı canlanmanın səbəblərinə gəldikdə isə satıcılar bunu son 1 ildə paytaxtda söküntülərin sürətlənməsi ilə əlaqələndirirlər. Şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbin artması ilə izah edirlər. Amma əvvəlki illərdən fərqli olaraq müştəri qiymətdən öncə sənədlə maraqlanır .

Makler Akif Mehrəliyev deyir ki, insanlar torpaq alarkən sənədlərin qaydasında olmasını üstün tuturlar. Ən çox 3-6 sot olan torpaq sahələrinə maraq var. 

Torpağın qiymətlərində təxminən 10% artım olacaq. Mütəxəssislər isə qiymət artımının mövsümü amillərlə yanaşı əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Ekspert Nüsrət İbrahimov deyir ki, qiymətlərin 8-10 faiz artımı sentyabr ayına kimi davam edəcək. Daha sonra nisbətən stabilləşəcək. 

Bazarda təklif olunan torpağın 1 sotunun orta qiyməti müxtəlif zonalar üzrə dəyişir. Məsələn Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər hər sot üçün 199 min dollar, 2 ci zonada 179 min dollar, 3 cü zonada 41 min dollar, şəhərin ətrafı sayılan 4 cü zonada isə 7 min dollardan artıq olub. Torpaq bazarında ən çox müraciət olunan ərazilər Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Səbail rayonudur./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar