Tokayev hansı müddətə qədər prezident olmaq istədiyini açıqlayıb
29.01.2022 372 0.0 0

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, o, iki dəfədən artıq dövlət başçısı olmağı planlaşdırmadığını açıqlayıb.

Qazeta.info "Report" a istinadla xəbər verir ki, bu barədə Tokayev "Xəbər-24" telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, bunun üçün ölkə konstitutsiyasına dəyişiklik edilməyəcək.

Respublikanın əsas qanununa görə, Qazaxıstanda prezident beş il müddətinə seçilir, eyni şəxs ardıcıl iki dəfədən artıq dövlət başçısı ola bilməz.

Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar