Hər kəsin evində istifadə etdiyi ətirli şamlar haqqında qorxunc fakt üzə çıxıb.
Xarici mətbuata itinadən xəbər verilir ki, evdə dekorativ məqsədlə istifadə etdiyimiz ətirli şamlar azyaşlı uşaqların sağlamlığı üçün xüsusilə təhlükəlidir. Belə ki, Amerikanın Nyu Cersi ştatında yaşayan Megan Budden evində xoş atmosfer yaratmaq üçün ətirli şamlar yandırıb. Şamlar uzun müddət yanıq qalıb. Lakin qadın ertəsi gün körpəsinin burnunu təmizləyən qorxunc mənzərəylə qarşılaşıb. Körpənin burnunun içində kiçik qara nöqtələr əmələ gəldiyini görən gənc ana dərhal şamları götürüb üzərində yazan xəbərdarlıqları oxumağa başlayıb. Məlum olub ki, şamları 3 saatdan çox yandırmaq olmaz.
Aparılan tədqiqatlardan sonra körpənin burnundakı qara nöqtələrin yaranmasına şamların səbəb olduğu müəyyənləşdirilib. Erkən müdaxilə sayəsində uşağın səhhəti yaxşılaşıb. Bununla belə həkimlər Megan Buddenə ətirli şamlar haqqında ciddi xəbərdarlıqlar edib.
Xüsusilə portağal və limon ətirli şamlar ozonla təmas etdikdə formaldehtlər çıxır. Uzun müddət formaldehitə məruz qalmaq isə xərçəng riskini artırır./Publika.az/