Tillleson kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib
07.02.2018 794 0.0 0

ABŞ dövlət katibi Reks Tillerson narkotik vasitə olan kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib. 

“Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.  

 

 

“Dövlət katibi Tillerson Boqotada səfərdədir. Məqsəd kokain istehsalı ilə Kolumbiyanın apardığı mübarizəyə ABŞ-ın qoşulmasını müzakirə etməkdir”, - deyə  Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert bildirib.  

 

Tillerson həmçinin Venesueladan ABŞ-a miqrant axınının artdığını da müzakirə edib.   

 

Qeyd edək ki, Kolumbiyada noyabrda ölkə tarixində ən iri kokain partiyası müsadirə edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar