Tillerson: `ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq`
06.01.2018 746 0
ABŞ və Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır.
“Gazeta.ru”-ya istinadən verilən xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“İrəlidə bizi Strateji Hücum Silahlarının (SHS) azaldılması və “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə dair çox ciddi danışıqlar gözləyir”, deyə dövlət katibi vurğulayıb.
R.Tillerson müntəzəm məsləhətləşmələr və yaxud yeni təşəbbüslərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər