Tiflis Ermənistanı mühasirəyə salır
14.07.2015 2010 0.0 0

​Cənubi Osetiyada Gürcüstanla Rusiyanın münasibətlərinin pisləşməsi Yuxarı Lars sərhəd keçid məntəqəsinin bağlanmsı ilə nəticələnə bilər, bu isə Ermənistanı tam mühasirə vəziyyətinə salacaq. Bu barədə iqtisadçı ekspert, sovet illərində Dövlət Plan Komitəsində məsul vəzifələr tutmuş Oqtay Haqverdiyev Rusiya əsgərlərinin işğal zonasının 300 metr irəli çəkməsi barədə xəbəri şərh edərkən bildirib. 

İqtisadçı ekspertin sözlərini gürcü KİV-lərinin yazdıqları da təsdiqləyir. Gürcüstan Rusiya ekspansiyasının (sərhədlərin genişləndirilməsi, nüfuzların artması, ərazilərin, bazarların işğalıdır) genişlənməsinin qarşısını alınması məqsədi ilə sərt tədbirlərə əl atıb. Rəsmi Tiflis ilk addım kimi Abxaziya dəmir yolunun heç zaman açılmayacağını deyib. Bu isə Ermənistanla Rusiyanın əlaqələrinin intensivləşməsinə bağlanan ümidləri tamamilə məhv edib. Həmçinin Gürcüstan baş nazirinin müavini Georgi Kvirikaşvili atılan addımların bununla məhdudlaşmayacağını, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin də bağalana biləcəyini bildirib.

 


Georgi Kvirikaşvili - Gürcüstan baş nazirinin müavini 


Erməni mətbuatı hazırda məntəqədə çox sayda erməni yük maşınlarının növbə gözlədiyini bildirib. Məntəqənin bağlanması Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin kəskin azalmasına səbəb ola bilər. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin 40 faizə qədər azalması fonunda bu kimi xəbərlər Ermənistanda ciddi həyəcan doğurur. Bu, təsadüfi deyil, çünki Ermənistan zəruri xalq istehlakı mallarının xeyli hissəsini Rusiyadan alır. 

“Ümumiyyətlə, sovet vaxtından Ermənistanın düz-əməlli iqtisadiyyatı yox idi. Bu respublika dotasiya ilə yaşayırdı, əksər istehlak malları Rusiyadan gətirilirdi. Bu ənənə indi də davam etdirilir. SSRİ-nin yalnız iki ölkəsi - Rusiya və Azərbaycan özünü təmin etmək iqtidarında idi. Sovet vaxtı mərkəzin Ermənistana dotasiya verməsi asan idi. Amma indi bunu xarici borc kimi vermək məcburiyyətindədirlər. Nəticədə bu ölkənin xarici borcu ümumi daxili məhsulun (ÜDM) 60 fazini keçərək 5 milyard dollara çatıb. Bu çox təhlükəli səviyyədir. Yaranmış durum Ermənistan sərmayə qoyuluşu imkanlarını da sıfıra endirir”,- deyə Oqtay Haqverdiyev bildirir. 

 


Oqtay Haqverdiyev - iqtisadçı ekspert, sovet Dövlət Plan Komitəsinin işçisi


Erməni analitiklər də buna bənzər bədbin proqnozlar irəli sürürlər. Erməni şərhçi Naira Ayrumyan Rusiya - Gürcüstan münasibətlərinin pisləşməsinin Ermənistanın Avrasiya İttifaqı layihələrindən tamamilə təcrid olunması ilə nəticələnə biləcəyini vurğulayır: “Əgər Rusiya Gürcüstana qarşı hücumlarını artırarsa, Tiflis 2008-ci il müharibəsində olduğu kimi Yuxarı Lars yolunu bağlaya bilər. Əgər Yuxarı Lars bağlanarsa, Ermənistan - Rusiya əlaqələri də sona çatar”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar