Tibb tarixinə düşəcək hadisə
12.06.2015 761 0.0 0

Çin Xalq Respublikasının şərqdə olan Zejiang əyalətinin Jinhua şəhərində yaşayan 55 yaşlı He Dong adlı bir şəxs şiddətli qarın ağrısı şikayətiylə xəstəxanaya müraciət edib.Müraciətdən sonra aparılan müayinələr nəticəsində şikayətçinin  qarın boşluğunun böyrək nahiyəsində sanki bir daş kütləsilə müşahidə olunub. Təcili olaraq əməliyyata alınan Dongun böyrəyini, irili-xırdalı tam 420 daş çıxarılıb.


Məlumata görə, daşların bu qədər insan orqanizmində toplanması Uzaq şərqə xas Tofu pendirindən həddindən artıq istehlak olması göstərilir.

Bildirək ki, Dongun  gəldiyi xəstəxanada əməliyyat 2 saat çəkib.
Dongun əməliyyat edən Doktor Wei Yubin, bunu, "Tofu pendiri kimi soya məhsullarında yüksək miqdarda kalsium var və bu həddindən artıq kalsium, kifayət qədər su içməyən insanlarda  bədəndən başqa yollarla təmizlənmək məcburiyyəti yaradır" deyə bildirib.

Su içməyi sevmədiyini və həddindən artıq miqdarda Tofu pendiri istehlak etdiyini bildirən Çinli adama həkimləri tərəfindən, yemə-içmə vərdişini dəyişdirməsi məsləhəti verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar