Noyabrın 13-də Parisdə baş verən terror hadisəsinin videosu yayılıb. Video kadrlar terrorçuların kafeyə hücumu zamanı lentə alınıb. Baş verən atışma anbaan kafenin müşahidə kamerasına düşüb. Kadrları "Daily Mail" yayıb.
Kadrlardan aydın görünür ki, İŞİD terrorçuları kafeyə daxil olmurlar. Onlar binanı çöldən atəşə tutublar. Bu zaman kafedə olan müştərilər və işçilər canlarını xilas etmək üçün stolların altında gizlənməyə çalışırlar.
Kafenin verandasındakı bir qadın isə atışma nəticəsində möcüzə sayəsində sağ qalıb. Açıq havada oturan qadın olan kafeni atəşə tutan terrorçunun silahında problem yaranıb. Qadın fürsətdən istifadə edərək kafeyə girib və gizlənib.
Atışma səsləri kəsilən zaman restorandakılar qaçmağa başlayır və salonu tərk edirlər.
Təhlükəsizlik kamerasının çəkdikləri
Xatırladaq ki, Fransanın paytaxtını qana boyayan
terror aktı noyabrın 13-də baş verib. Bir-birinin ardınca baş verən partlayışlarda, kamikadze hücumlarında 132 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Terror aktlarından ən böyüyü Bataklan
konsert salonunda olub. Amerikalı rok qrupun ifası zamanı salona girən kamikadze özünü partladıb. Daha sonra digər terrorçular salondakıları girov götürüblər.
İkinci hadisə Parisdə futbol matçı keçirilən stadion yaxınlığında qeydə alınıb.
Hadisəyə görə, məsuliyyəti İŞİD terrorçuları üzərlərinə götürüblər. /anspress/