Terrorçular Bakı-Tbilisi-Ərzurum qaz borusunda partlayış törədib
25.08.2015 646 0.0 0

 “Anadolu”ya istinadən verilən məlumata görə, partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 
 
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.
 
“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, deyə Günay Özdəmir bildirib. Onun sözlərinə görə, qaz borusunda  təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan  güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünür. Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb. 
 
Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz borusunda  partlayış törədilmişdi. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar