Terror aktı nəticəsində 22 nəfər ölüb
12.12.2015 488 0
Suriyanın Homs şəhərində törədilən terror aktı nəticəsində 22 nəfər ölüb. Partlayışlar nəticəsində daha 70 nəfər yaralanıb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, terrorçular xəstəxananın yaxınlığında minalanmış avtomobil partladıb. Terror aktı zamanı hadisə yerində olan qaz balonları da partlayıb.
Partlayışların nəticəsində bir neçə bina və mağaza qismən uçub, bir neçə avtomobil yanıb. Baş vermiş partlayış Homsda son beş ildə törədilmiş ən iri terror aktı hesab edilir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər