Telman İsmayılovun obyektlərində axtarış aparılır
14.09.2017 656 0.0 0

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı iş adamı Telman İsmayılova məxsus 12 ünvanda axtarışlar aparır.

Məlumata görə, bu barədə onun vəkili Aleksandr Dobrovinski məlumat verib.

Vəkilin sözlərinə görə, axtarışlara onlarla adam cəlb edilib.

Axtarışların səbəbi məlum deyil.

Qeyd edək ki, ötən ay Moskvada Apellyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar